Top.Mail.Ru
İDMAN

Tokio-2020: Azərbaycan sərbəst güləşçisinin ilk rəqibi müəyyənləşib

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, İslam Abbasov (87 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız bitirib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button