İDMAN
“Neftçi”nin sabiq prezidenti “Spartak” – “Benfika” oyununa təyinat alıb

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
“Report”un məlumatına görə, Hüseynzadə Çempionlar Liqasında III təsnifat mərhələsinin “Spartak” (Moskva, Rusiya) – “Benfika” (Qazaxıstan) matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu gün Moskvada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə
KAİM.az