İDMAN
Yuri Syominin yeni komandası müəyyənləşib

Rusiyanın “Rostov” komandasının yeni baş məşqçisi bəlli olub.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Yuri Syomin təyinat alıb. 74 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Təcrübəli baş məşqçi Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpini əvəzləyib.
Qeyd edək ki, son klubu Moskva “Lokomotiv”i olan Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”yə başçılıq edib.
Mənbə
KAİM.az