İDMAN
Tokio-2020: Çarpayını sındıran israilli idmançılar üzr istəyiblər

İsrailin millisinin beysbolçuları Olimpiya kəndində idmançılar üçün hazırlanmış xüsusi çarpayını sındırıb, videosunu sosial şəbəkələrdə yaydıqları üçün üzr istəyiblər.
“Report”un məlumatına görə, yığmanın üzvü Ben Vanger “Times of Israel” nəşrinə açıqlamasında heç kimə hörmətsizlik etmək istəmədiklərini bildirib.
Onun sözlərinə görə, əsas məqsəd çarpayının nə dərəcədə dözümlü və rahat olduğunu göstərmək olub: “Bu yataqlarda yatmaqdan zövq alırıq və onların gələcək olimpiadalar üçün əla seçim olduğunu düşünürük”.
Qeyd edək ki, 2,1 metr uzunluğunda olan çarpayılar 200 kq çəkiyə davamlı hazırlanıb. Bunlar idmançılara daha yaxşı istirahət imkanı verir və seksual hərəkətlərə ziddir. Çünki iki nəfərin çəkisinə dözmür.
Mənbə
KAİM.az