Top.Mail.Ru

İDMAN

Tokio-2020: Azərbaycan geriləyib, Çin liderliyini qoruyub

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.

“Report”un məlumatına görə, daha 18 dəst medal atletika, boks, velosiped idmanı, atçılıq, üzgüçülük, yelkənli qayıqsürmə, skeytbord, ağırlıqqaldırma və güləşdə sahiblərini tapıb. Beləliklə, 243 dəst medala 84 ölkənin idmançıları yiyələnib.

Aktivində 3 bürünc medalı olan Azərbaycan 1 pillə geriləyərək, 76-cı sırada qərarlaşıb.

Loading...
Yazının davamı reklamdan sonra

Siyahıya 70 (32 qızıl, 22 gümüş, 16 bürünc) medalla Çin başçılıq edir.

79 (25 qızıl, 31 gümüş, 23 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 21 “qızıl”, 7 “gümüş” və 12 “bürünc”lə Yaponiya tutur.

1 qızıl, 5 gümüş medalı olan Türkiyə isə 50-ci sırada yer alıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button