Top.Mail.Ru
İDMAN

Avropa Liqası: “Qalatasaray” Şotlandiya klubu ilə üz-üzə gələcək

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçiriləcək.

“Report”un məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə “Qalatasaray”ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxacaq. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Şotlandiyanın digər təmsilçisi “Seltik” isə Çexiyada “Yablonets”lə üz-üzə gələcək. Kipr klublarından “Omoniya” evdə Estoniya “Flora”sı, “Anortosis” isə Avstriyada “Rapid”lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan)

19:45. “Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya)

20:00. “Linkoln” (Cəbəllütariq) – “Slovan” (Bratislava, Slovakiya)

20:00. “Omoniya” (Kipr) – “Flora” (Estoniya)

22:00. “Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya)

22:00. “Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva)

22:30. “Rapid” (Vyana, Avstriya) – “Anortosis” (Kipr)

Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button