Tokio-2020: Azərbaycan karateçisi ikinci görüşdə qələbə qazanıb

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.
“Report”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda Naoto Saqoya (Yaponiya) ilə üz-üzə gəlib.
Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib. O, üçüncü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirəcək.
Qeyd edək ki, Firdovsi Fərzəliyev ilk qarşılaşmasında türkiyəli Eray Şamdana 1:7 hesabı ilə uduzmuşdu.
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“Report”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşünü keçirib.
O, Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub. Karateçi növbəti görüşünü Naoto Saqoya (Yaponiya) qarşı keçirəcək.
Mənbə
KAİM.az