Top.Mail.Ru
İDMAN

“Legiya”nın baş məşqçisi: “Mahir Emreli bizim sistemə daha uyğundur”

“Artıq oyun arxada qalıb. Matçdan əvvəl “Dinamo”nun topa daha çox nəzarət etmək istəyəcəyini bilirdik. Belə də oldu. Dəfələrlə yaxşı qol epizodları yaratdıq. Varşavada tamam fərqli qarşılaşma görəcəyik”.

“Report”un məlumatına görə, bu fikirləri Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç Xorvatiyada Zaqreb “Dinamo”su ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis çexiyalı Tomaş Pekqarta start heyətdə şans verməməsi haqqında danışıb. O, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin 3-5-2 sisteminə daha uyğun olduğunu söyləyib: “Pekqartı yaxşı başa düşürəm. Bombardirimiz bizə çox kömək edib. Hazırlıq dönəmində yanımızda olmadığı üçün hələlik tam formada deyil. Onunla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim. Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik. Bu gün daha hərəkətli olan Emreli və Lopes 3-5-2 sisteminə çox uyğun gəlir. Bu səbəbdən belə qərar verilib”.

Qeyd edək ki, “Dinamo” ilə görüşə start heyətdə başlayan Mahir Emreli 75-ci dəqiqədə yerini Tomaş Pexarta verib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button