Top.Mail.Ru
İDMAN

Tokio-2020: Hacı Əliyev, Stadnik və Şərifovun ilk rəqibləri bəlli olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

“Report”un məlumatına görə,hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri – müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək.

Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button