Top.Mail.Ru
İDMAN

Karate tarixində ilk olimpiya çempionu məlum oldu

İspaniyalı Sandra Sançes karate üzrə ilk olimpiya çempionu kimi tarixə düşüb.

“Report”un məlumatına görə, qadınlar arasında kata yarışlarına qatılan 30 yaşlı idmançı finalda yaponiyalı Kiyu Şimizunu məğlub edib. O, 28,06 xal, Şimizu 27,88 xal toplayıb.

Bürünc medalları isə Honq Konqdan olan Lau Qreys və İtaliya təmsilçisi Viviana Bottaro qazanıb.

Qeyd edək ki, karate olimpiadada ilk dəfə təmsil olunur. Azərbaycanı kumite növündə 3 nəfər təmsil edir. Onlardan Firdovsi Fərzəliyev (67 kq) bu gün mübarizə aparıb və qrup səddini keçə bilməyib. Rafael Ağayev (75 kq) avqustun 6-da, İrina Zaretska (+61 kq) avqustun 7-də çıxış edəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button