Top.Mail.Ru

İDMAN

“Qarabağ” – AEL matçının biletləri satışa çıxarılır

“Qarabağ”ın Bakıda Kiprin AEL komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri avqustun 6-da satışa çıxarılacaq.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “İticket.az” saytından, “FAW Azərbaycan”dan və Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 12-də keçiriləcək oyun saat 20:00-da başlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button