İDMAN
Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib

Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi bəlli olub.
“Report”un məlumatına görə, Polşa təmsilçisi Yan-Kşiştof Duda finalda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.
İlk görüşdə qrossmeysterlər xalları yarı bölüb – 0,5;0,5. İkinci qarşılaşmada isə Duda qalib gələn tərəf olub.
Üçüncü yer uğrunda dueldə Rusiyanın digər təmsilçisi Vladimir Fedosyev hər iki oyunda norveçli dünya çempionu Maqnus Karlsenə uduzub – 0:1;0:1.
Mənbə
KAİM.az