Top.Mail.Ru
İDMAN

Avropa Liqası: “Qalatasaray” 10 oyunçu ilə heç-heçə etdi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.

“Report”un məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə “Qalatasaray”ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxıb. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə qonaq komandadan penalti ilə Ceyson Kerr açıb. 60-cı dəqiqədə isə Saşa Buy bərabərlik qolunu vurub.

56-cı dəqiqədə “sarı-qırmızılar”ın qapıçısı Fernando Muslera meydandan qovulub. Bu səbəbdən, “Cim-Bom” görüşü azlıqda bitirib.

Şotlandiyanın digər təmsilçisi “Seltik” isə Çexiyada “Yablonets”i məğlubiyyətə uğradıb – 4:2. Kipr klublarından “Omoniya” evdə Estoniya “Flora”sını minimal hesabla yenibsə, “Anortosis” Avstriyada “Rapid”ə böyük hesabla uduzub – 0:3.

Avropa Liqası

5 avqust

III təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan) – 0:0

19:45. “Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya) – 2:4

20:00. “Linkoln” (Cəbəllütariq) – “Slovan” (Bratislava, Slovakiya) – 1:3

20:00. “Omoniya” (Kipr) – “Flora” (Estoniya) – 1:0

22:00. “Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya) – 1:1

22:00. “Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva) – 0:0

22:30. “Rapid” (Avstriya) – “Anortosis” (Kipr) – 3:0

Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close