İDMAN
Tokio-2020: Azərbaycanın bədii gimnastı mübarizəyə başlayıb

Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
“Report”un məlumatına görə, 20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib.
O, birinci cəhdində 23,400 xala layiq görülüb.
Ağamirova daha sonra halqa ilə, lentlə və gürzələrlə bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.
Mənbə
KAİM.az