Top.Mail.Ru

İDMAN

Tokio-2020: Braziliyalı voleybolçu dopinqə görə yarışdan uzaqlaşdırılıb

Braziliyalı voleybolçu Tandara Kayşeta yerli Dopinq Nəzarəti İdarəsi tərəfindən müvəqqəti olaraq diskvalifikasiya edilib.

“Report” Braziliya Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı idmançının antidopinq qaydalarını pozduğu ehtimal olunur.

Test iyulun 7-də müsabiqədənkənar müddətdə keçirilib. Kayşeta Tokio-2020 Yay Olimpiya Oyunlarından uzaqlaşdırılıb və tezliklə Braziliyaya dönəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Braziliya millisi olimpiadanın 1/4 finalında bu gün Cənubi Koreya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button