Top.Mail.Ru

İDMAN

Tokio-2020: Belaruslu məşqçilər Timanovskaya olayı ilə əlaqədar Olimpiya Kəndindən qovulub

Beynəlxalq Olimpiya Komitəsi belaruslu məşqçilər Yuri Moyiseyeviç və Artur Şumakın akreditasiyasını ləğv edərək, onları Olimpiya Kəndindən kənarlaşdırıb.

“Report”un məlumatına görə, səbəb kimi atlet Kristina Timanovskaya ilə əlaqədar qalmaqal göstərilib.

Bu addım Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtında olan Belarus idmançılarının rifahı naminə müvəqqəti tədbir kimi atılıb. Şumak və Moyiseyeviçə öz mövqelərini bildirmək imkanı gələcəkdə veriləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Timanovskaya ixtisaslaşmadığı estafet qaçışına qoyulmasına etiraz əlaməti kimi yığma rəhbərliyini tənqid edib. Əvəzində Belarus Milli Olimpiya Komitəsi onu iştirak ərizəsindən çıxarıb və özünün razılığı olmadan Tokiodan Minskə deportasiya etməyə çalışıb.

Ölkəsində həbs olunacağından qorxan idmançı hava limanında Yaponiya polisindən kömək istəyib. Beləliklə, Belarusa qayıtmayan atlet sonradan humanitar viza alaraq, Polşanın paytaxtı Varşavaya uçub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button