Top.Mail.Ru
İDMAN

İlqar Rəhimov: “Heç vaxt birinci mükafatdan danışmırıq”

“Çempionların nə qədər mükafat qazanacaqları haqqında hələ məlumat yoxdur”.

“Report”un məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarış öncəsi təşkil edilmiş mətbuat konfransında deyib.

O, mükafatlarla bağlı hələlik heç nə söyləyə bilməyəcəyini açıqlayıb: “Heç vaxt birinci mükafatdan danışmırıq. Bu, ikinci dərəcəlidir. Biz orada, ölkəmizi, millətimizi təmsil etməli və bayrağımızı dalğalandırmalı, himnimizi səsləndirməliyik. Yəqin ki, mükafat olacaq və cənab Prezident bunu elan edəcək”.

Rəhimov Azərbaycan paralimpiyaçılarının güclü olduqlarını sözlərinə əlavə edib: “Onların qarşısında yüksək vəzifələr qoyulub. Ən azından Londondakı nəticəni təkrarlamalıyıq. Medal sayını deməkdə çətinlik çəkərəm. Proqnoz verə bilməyəcəyəm”.

Komitə rəhbəri bayraqdar İlham Zəkiyevin tam gücü ilə təlim-məşq toplanışlarına qatıldığını vurğulayıb: “Baş məşqçinin məlumatına görə, onun hazırlıq səviyyəsi gündən-günə yüksəlir. Paracüdoda hər çəkidə güclü mübarizə gedəcək. Zəkiyevin də özünü göstərəcəyinə inanıram. O, lazımi nəticə ilə medal qazanacaq”.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button