Top.Mail.Ru

İDMAN

Tokio-2020: Qadınlar arasında marafonun qalibi məlum olub

Keniya atleti Peres Cepçirpir Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında marafonun qalibi olub.

“Report”un məlumatına görə, Cepçirpir 42,195 km məsafəni 2 saat 27 dəqiqə 20 saniyəyə qət edib. Onun həmyerlisi Bricit Kosgey (+0,16) ikinci, ABŞ təmsilçisi Molli Zaydel (+0,26) üçüncü yeri tutub.

Hokkaydo adasındakı Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında keçirilmiş yarış bu məkana Yaponiya paytaxtındakı xeyli isti hava şəraiti üzündən salınıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qadınlar arasında marafon olimpiada proqramına ilk dəfə 1984-cü ildə daxil edilib. Kişi marafonçular isə ilk müasir Oyunların keçirildiyi 1896-cı ildən yarışırlar. Tokio-2020-də onlar bağlanış günü – avqustun 8-də mübarizə aparacaqlar.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button