Top.Mail.Ru

İDMAN

Klublarına sadiq olan futbolçulardan ikisi Azərbaycanda işləyib

Klublarına sadiq qalan futbolçuların siyahısı açıqlanıb.

“Report”un məlumatına görə, bu barədə “24smi.com” saytı araşdırma aparıb. Siyahıda “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams və “Neftçi”yə rəhbərlik etmiş İqor Netto da yer alıb.

Adams 1983 – 2002-ci ildə İngiltərə “Arsenal”ının formasını geyinib. Müdafiəçi 1988-ci ildə London təmsilçisinin ən gənc kapitanı olub və 14 il kapitanlıq sarğısını taxıb.

Loading...
Yazının davamı reklamdan sonra

İqor Netto isə 1949 – 1966-cı illərdə Rusiyanın “Spartak” (Moskva) klubunun şərəfini qoruyub. 18 ilini paytaxt təmsilçisinə həsr etmiş keçmiş yarımmüdafiəçi bu göstəriciyə görə klub rekordunu da qırıb.

Siyahıda həmçinin avqustun 5-də İspaniya “Barselona”sından ayrılan Lionel Messi (2003 – 2021), İngiltərə “Mançester Yunayted”inin sabiq oyunçusu Rayan Giqqz (1990 – 2014), İtaliya “Milan”ının keçmiş müdafiəçisi Paolo Maldini (1984 – 2009), Moskva “Dinamo”sunun əfsanəvi qapıçısı Lev Yaşin (1950 – 1970), İtaliya “Roma”sının sabiq kapitanı Françesko Totti (1992 – 2017) və Rusiya MOİK-inin hücumçusu Vladimir Fedotov (1960 – 1975) da var.

Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. İqor Netto isə 1979-cu ildə “Neftçi”nin baş məşqçisi olub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button