Top.Mail.Ru
İDMAN

Tokio-2020: Şərif Şərifov bürünc, Hacı Əliyev qızıl medal qazana bilər

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

“Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.

7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.

Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button