Top.Mail.Ru
İDMAN

Tokio-2020: Braziliya millisi ardıcıl ikinci dəfə olimpiya çempionu olub

Futbol üzrə Braziliya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

“Report”un məlumatına görə, “sambaçılar” finalda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Mateus Kunya hesabı açıb. 61-ci dəqiqədə isə Mikel Oyarsabal bərəbərlik qoluna imza atıb. Cənubi Amerika təmsilçisinin heyətində Malkom 108-ci dəqiqədə qələbə qolunu vurub.

Beləliklə, Braziliya seçməsi olimpiya çempionu olub. Komanda 2016-cı il Riodakı Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button