Top.Mail.Ru
İDMAN

PSV 12-ci dəfə Niderlandın Superkubokunu qazanıb

PSV komandası Niderlandın Superkuboku uğrunda matçda “Ayaks”la qarşılaşıb.

“Report” xəbər verir ki, oyun “Yohan Kruiff Arena” stadionunda keçirilib və Eyndhoven komandasının böyük hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 2-ci dəqiqədə açılıb – hücumçu Çukvunonso Madueke PSV azarkeşlərini sevindirib. Matçın 29-cu dəqiqəsində Madueke dubl edib. Birinci hissənin sonunda “Ayaks”ın müdafiəçisi Nikolas Talyafiko kobud oyununa görə qırmızı vərəqə alaraq oyundan qovulub.

Matçın 76-cı dəqiqəsində Yorbe Vertessen hesabı 3:0-a çatdırıb. Lakin bu da son qol olmayıb – oyunun 89-cu dəqiqəsində Mario Qotse PSV-nin dördüncü qolunu vurub.

PSV 12-ci dəfə Niderlandın Superkubokunu qazanıb. Qeyd edək ki, “Ayaks” doqquz dəfə qalib olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button