Top.Mail.Ru
İDMAN

Tokio-2020: Koronavirusa yoluxanların sayı 458-ə çatıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

“Report” yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 28 nəfərin testi müsbət çıxıb.

Beləliklə, iyulun 1-dən bu vaxta qədər infeksiya aşkarlanan şəxslərin sayı 458-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına avqustun 8-də yekun vurulub. Paralimpiadanın avqustun 24-də başlaması planlaşdırılır. Həmin yarış sentyabrın 4-də bitəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button