Top.Mail.Ru

İDMAN

Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başlayıb

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.

Federasiyadan “Report”a verilən məlumata görə, 1 – 7 avqustda Macarıstanda təlim-məşq toplanışı ilə bərabər, “Savaria” beynəlxalq turnirində də iştirak edən yığma avqustun 8-də oradan birbaşa Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçular hazırlıq planına uyğun olaraq toplanışa sözügedən ölkədə davam edəcəklər.

Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv avqustun 16-da hazırlıq prosesinə yekun vuracaq və bir gün sonra Avropa çempionatının keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Oyunların təqvimi

20 avqust
17:00. Azərbaycan – Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan – Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button