Top.Mail.Ru

İDMAN

Yaşar Bəşirov: “Mütləq qızıl medalı götürməli idik”

“Böyük inamla gəlib finala çatdıq. Söz verdik ki, qızıl olacaq. Təəssüflər olsun ki, belə alındı”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (67 kq) və irina Zaretskanın (+61 kq) Tokio-2020 Yay Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

O bildirib ki, idmanda heç nəyi əvvəldən bilmək olmur: “Bu, yalnız bizdən yox, hakimlərdən, ətrafda olan mühitdən, bəxtdən də asılıdır. Məsələn, Türkiyənin bir nömrəli idmançılarından Uğur Aktaş 3-cü oldu, 55 kq çəkidə favorit olan Serap Özçelik yer tuta bilmədi. İrina Zaretska məğlub etdiyi yapon Ayumi Uekusa dünya çempionu idi, ağır çəkidə 1 nömrə idi. Amma yer tuta bilmədi. Digər yaponiyalı Ryutaro Araqa özü 3-cü yeri güclə tutdu. Təsəlli vermirəm. Demək istəyirəm ki, hər bir azərbaycanlı fəxr edə, çox sevinə bilər ki, 200-dən çox ölkə arasında 2 final görüşünə çıxdıq”.

Loading...
Yazının davamı reklamdan sonra

Kumitedə cəmi 6 final olduğunu xatırladan Bəşirov onun ikisində Azərbaycan karateçilərinin iştirak etdiyini söyləyib: “Bunda da birinci olduq. Amma qızıl olsaydı super, daha gözəl olardı. Bu, tarixdir. Çünki karate ilk dəfədir Olimpiya proqramına daxil edilmişdi. Mütləq o “qızıl”ı götürməli idik. Amma fərqli də ola bilərdi. Təsəvvür edin ki, üçqat dünya çempionu Hacı Əliyev kimi idmançı da çox istəyirdi qızıl qazansın. Onu da təbrik edirik. Bu gün belə alındı. Başqa cür də ola bilərdi. Ya hamısı qızıl olardı, ya heç o da olmazdı. Sağ olsun idmançılarımız”.

Qeyd edək ki, Azərbaycan üç karateçi ilə qatıldığı olimpiadada iki gümüş medal qazanıb. Rafael Ağayev və İrina Zaretska yalnız finalda uduzaraq, ikinci olub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button