Top.Mail.Ru

İDMAN

Azərbaycan millisinin voleybolçusu Braziliya klubuna keçidindən danışıb

“Braziliyada oynamaq arzum idi. Həyat mənə bunu hədiyyə etdi. Buna görə hər kəsə minnətdaram. Gənc yaşlarımdan Azərbaycan yığmasında nəhəng komandalara və ulduzlara qarşı oynamışam. Necə deyərlər, böyük xəyallar quraraq, arzuları gerçəkləşdirmək olar”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva Braziliyanın “globo.com” saytına açıqlamasında Braziliyanın “Sesi” klubuna keçidi barədə danışarkən deyib.

31 yaşlı hücumçu yeni komandasında möhtəşəm oyunçularla birlikdə çıxış edəcəyini bildirib: “Düşünürəm ki, həm mənim, həm də Braziliyanın bu mənada bəxti gətirib. Çünki komandada inanılmaz voleybolçular və məşqçilər var”.

Loading...
Yazının davamı reklamdan sonra

Təcrübəli voleybolçu azarkeşləri sevindirmək üçün əlindən gələni edəcəyinə söz verib: “Meydanda çalışqan Odina görəcəyinizə əmin ola bilərsiniz. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, bu, fanatlarımızı sevindirmək üçün kifayət edəcək”.

Qeyd edək ki, Odina Əliyeva ötən mövsüm ABŞ-ın Pro Liqasında mübarizə aparan “Atletes Unlimited”in formasını geyinib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button