Top.Mail.Ru

İDMAN

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi koronavirus aşkarlanıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq Kiprin AEL komandası Bakı səfəri öncəsi koronavirus testi verib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçulardan birinin analiz nəticəsi müsbət çıxıb. İnfeksiya aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Loading...
Yazının davamı reklamdan sonra



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button