Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: Mahir Emrelinin komandası “Dinamo”nu qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Zaqreb “Dinamo”sunu qəbul edəcək. Varşava təmsilçisi səfərdə 1:1 hesablı heç-heçə edib.

Loading...
Yazının davamı reklamdan sonra

“Neftçi”ni bu turnirdən kənarlaşdırmış Yunanıstan “Olimpiakos”u Bolqarıstanda “Lüdoqorets”in qonağı olacaq. Komandalar arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.

II raundda Türkiyə “Qalatasaray”ından güclü olan Niderlandın PSV klubu Danimarkada “Midtüllan”i sınağa çəkəcək. İlk görüşdə PSV 3:0 hesablı qələbə qazanıb.

10 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

21:00. “Şerif” (Moldova) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 1:1

21:00. “Slaviya” (Praqa, Çexiya) – “Ferentsvaroş” (Macarıstan)

İlk oyun – 0:2

21:30. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Genk” (Belçika)

İlk oyun – 2:1

22:00. “Midtüllan” (Danimarka) – PSV (Niderland)

İlk oyun – 0:3

22:00. “Lüdoqorets” (Bolqarıstan) – “Olimpiakos” (Yunanıstan)

İlk oyun – 1:1

22:00. “Monako” (Fransa) – “Sparta” (Praqa, Çexiya)

İlk oyun – 2:0

22:30. “Yanq Boyz” (İsveçrə) – ÇFR (Rumıniya)

İlk oyun – 1:1

23:00. “Benfika” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya)

İlk oyun – 2:0

23:00. “Legiya” (Polşa) – “Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 1:1

23:00. “Reyncers” (Şotlandiya) – “Malmö” (İsveç)

İlk oyun: 1:2



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button