Avropa Liqasında cavab matçlarına start verilir

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
“Report”un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.
Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Omoniya” Estoniyada “Flora”nın qonağı olacaq. Digər oyunda isə “Slovan” Slovakiyada Cəbəllütariqin “Linkoln” komandasını sınağa çəkəcək. Bratislava təmsilçisi birinci görüşdə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu avqustun 12-də keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi” Finlandiyada HİK (Helsinki) klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib – 2:2.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
10 avqust
20:00. “Flora” (Estoniya) – “Omoniya” (Kipr)
İlk oyun – 0:1
22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Linkoln” (Cəbəllütariq)
İlk oyun – 3:1
Mənbə
KAİM.az