Top.Mail.Ru
İDMAN

“Qarabağ”ın rəqibində koronavirusa yoluxmuş futbolçunun adı bəlli olub

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Kiprin AEL klubunda koronavirusa yoluxmuş futbolçunun adına aydınlıq gəlib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu, 24 yaşlı yarımmüdafiəçi Entoni Georgiudur. Test nəticəsi müsbət çıxan oyunçu artıq karantinə alınıb.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button