İDMAN
Rusiya klubu 3 turdan sonra baş məşqçisi ilə yollarını ayırıb

Rusiyanın “Ural” klubu baş məşqçisi Yuri Matveyevlə yollarını ayırıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Onu bu postda İqor Şalimov əvəzləyib. 52 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Ural” Rusiya Premyer Liqasında 3 turdan sonra 1 xalla 15-ci pillədə qərarlaşıb.
Mənbə
KAİM.az