Top.Mail.Ru

İDMAN

Paralimpiya Komitəsinin prezidenti Yaponiyaya gedən idmançılarla görüşüb

Milli Paralimpiya Komitəsində (MPK) Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük komandası ilə görüş keçirilib.

“Report”un məlumatına görə, görüşdə iştirak edən MPK-nın prezidenti İlqar Rəhimov lisenziya qazanmış idmançıları təbrik edib və onlara uğurlar arzulayıb.

Komitə rəhbəri bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, idmançılar Tokio 2020-ə yüksək səviyyədə hazırlaşıb, onlar yerli və beynəlxalq təlim-məşq toplantılarında, turnirlərdə iştirak ediblər. Rəhimov idmançıların Yaponiyadan yüksək nəticə ilə qayıdacağına əmin olduğunu vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Üzgüçülük idman növü üzrə milli komandanın baş məşqçisi Alaverdi Culfayev İlqar Rəhimova göstərilən dəstəyə görə təşəkkürünü bildirib və hazırlıq mərhələsi barədə məlumat verib. Mütəxəssis komandanın Tokioda uğurla iştirak edəcəyini və vətənə medallarla dönəcəyini söyləyib.

Üzgüçülük üzrə milli komanda bu gün Yaponiyanın Şika şəhərinə yola düşəcək, təlim-məşq toplantılarına orada davam edəcək. Yığma avqustun 19-da Şika şəhərindən Tokioya, atletlər kəndinə yollanacaq.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button