Top.Mail.Ru

İDMAN

Kristian Eriksen klubunu dəyişə bilər

İtaliya “İnter”ində çıxış edən Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını Niderlandın “Ayaks” klubunda davam etdirə bilər.

“Report” “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin ürəyindəki kardioverter-defibrillyator cihazı çıxarılmasa keçid baş tutacaq.

Danimarkalı oyunçu qarşıdakı aylarda cihazdan xilas olacağı təqdirdə Milan təmsilçisində qalacaq. Eriksenin ürəyində hansısa cihaz qalsa, o, Amsterdam təmsilçisinə qayıtmağı düşünəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 – 2013-cü illərdə “Ayaks”ın formasını geyinib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button