Top.Mail.Ru

İDMAN

Konfrans Liqası: Nuriyev penaltini boşa verib, “Kolos” mübarizəni dayandırıb

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi Ukrayna “Kolos”u UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

“Report”un məlumatına görə, komanda Qazaxıstanda “Şaxtyor” (Karaqanda) klubunun qonağı olub.

Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Ukraynadakı ilk oyunda da hesab açılmadığı üçün əlavə vaxt oynanılıb. Görüşün əvvəlində ehtiyat oyunçular skamyasında yer alan Nuriyev 88-ci dəqiqədə meydana daxil olub.

Loading...
Yazının davamı reklamdan sonra

Qarşılaşmanın əlava vaxtında da qapılara qol vurulmayıb. Penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə üstələyən “Şaxtyor” mərhələ adlayıb. Nuriyev Ukrayna təmsilçisinin ilk penaltisini boşa verib.

“Şaxtyor” pley-offda “Spartak” (Trnava, Slovakiya) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button