Top.Mail.Ru

İDMAN

“Keşlə”nin hücumçusu məhkəməyə verilib

Çinin “Nantonq Jiun” klubunun hazırda “Keşlə”də çıxış edən kamerunlu futbolçu Anatol Abanq və onun sabiq komandası olan Moldova “Şerif”inə qarşı şikayətinə İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS mübahisəli məsələni bu il sentyabrın 30-da müzakirəyə çıxaracaq.

25 yaşlı forvard Tiraspol təmsilçisinə 2019-cu ildə məhz “Nantonq Jiun”dan keçib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Anatol Abanq 2020-ci ilin dekabrından “Keşlə”də çıxış edir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button