Top.Mail.Ru
İDMAN

“Neftçi” Namik Ələskərovu Finlandiyaya aparmır

“Neftçi” HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Finlandiyaya yollanır.

“Report”un Helsinkiyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, komanda saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan səfərə çıxacaq.

“Ağ-qaralar” Helsinkiyə 2 futbolçusunu aparmayacaq. Bunlar zədədən əziyyət çəkən Namik Ələskərov və Huqo Bastodur. Ələskərov xüsusi proqram əsasında Bakıda fərdi məşq edir.

Bu gün “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov və yarımmüdafiəçisi Sezar Meza Kolli oyunun keçiriləcəyi “Bolt Arena”da mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, avqustun 12 də keçiriləcək HİK-“Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button