Top.Mail.Ru
İDMAN

Tokio-2020: Olimpiada zamanı koronavirusa yoluxma sayı 500-ü ötüb

Tokio-2020 Yay Olimpiya Oyunları zamanı koronavirusa ümumilikdə 511 yoluxma halı aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə Təşkilat Komitəsinin rəsmi saytındakı hesabatda bildirilib.

Son 24 saat ərzində daha 25 nəfərin analiz nəticəsi müsbət çıxıb. Yoluxma sayındakı antirekord avqustun 5-də qeydə alınıb – 31 nəfər.

Qeyd edək ki, Tokio olimpiadası zamanı 650 000-dən çox test yoxlaması aparılıb. Onların cəmi 0,02 faizi müsbət olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button