Top.Mail.Ru

İDMAN

AEL-in baş məşqçisi: “Qarabağ” Avropada öz sözünü demiş komandadır”

“Avrokubok matçına çıxacağımız üçün həyəcanlıyıq. Güclü rəqiblə qarşılaşacağıq. “Qarabağ” Avropada öz sözünü demiş komandadır. Avrokuboklarda 2 mərhələ olduğu üçün ilk görüş undulub. İkinci oyuna köklənmişik”.

“Report”un məlumatına görə, bunu Kiprin AEL klubunun baş məşqçisi Duşan Kerkez Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis meydanda yaxşı mübarizə aparacaqlarını bildirib: “Hədəfimiz növbəti mərhələyə çıxmaqdır. Sabah çoxsaylı azarkeş qarşısında oynayacağıq. Bu da bizim üçün yaxşı motivasiyadır. İlk görüşdə açıq oyun getdi. Bu da UEFA-nən səfər qolu qaydasını ləğv etməsi ilə bağlıdır. Ümid edirəm ki, sabah da bu cür qarşılaşmanın şahidi olacağıq”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button