Top.Mail.Ru
İDMAN

“Neftçi”nin legioneri: “Yaxşı nəticə üçün meydana çıxacağıq”

“Çalışacağıq ki, sabah baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Qələbə ilə Bakıya qayıtmaq istəyirik”.

KAİM.az-ın Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Sezar Meza Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib: “Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək niyyətindəyəm”.

Qeyd edək ki, avqustun 12-də Helsinkidəki “Bolt Arena”da keçiriləcək HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button