Top.Mail.Ru

İDMAN

Samir Abasov: “Namik Ələskərovla bağlı ətraflı məlumat veriləcək”

“Namik Ələskərov Türkiyəyə getmişdi. Onun getməyinin səbəbi üzünə maska düzəltməsi ilə bağlı idi”.

“Report”un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçinin Bakıya qayıdandan sonra komanda ilə məşq etmədiyini bildirib: “O, fərdi məşqlərdən sonra komandaya qoşulmalı idi. Fiziki məşqçi Eduardo Borgesin təlimatları əsasında məşq edirş. Zədə səbəbindən buraya gəlməyib. Çempionat bitəndən sonra onun istirahət etməsi qənaətinə gəldik. Namikin transferi ilə bağlı çox söz-söhbətlər gəzir. Klubumuz ətraflı məlumat verəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 12-də Helsinkidəki “Bolt Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button