Top.Mail.Ru

İDMAN

Finlandiya klubu azərbaycanlı jurnalistlərə növbəti dəfə hörmətsizlik edib

HİK klubu Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”yə qarşı keçiriləcək cavab oyunundan əvvəl Finlandiyada səfərdə olan azərbaycanlı jurnalistlərə növbəti dəfə hörmətsizlik edib.

“Report”un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir, Azərbaycandan gələn media nümayəndələri qarşılaşmanı azərkeşlərin əyləşdiyi tribunadan izləyəcək.

Finlandiya klubu jurnalistlərə media tribunasında yer ayırmayıb.

Loading...
Yazının davamı reklamdan sonra

HİK oyundan əvvəl “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransını stadionda açıq havada təşkil edib və konfrans zalını istifadəyə verməyib.

Qeyd edək ki, bu gün “Bolt Arena”da keçiriləcək HİK-“Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button