Top.Mail.Ru

İDMAN

“Qarabağ” klubu azarkeşlərə müraciət edib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.

“Report” xəbər verir ki, tərəfdarlara görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna girişi matç saatına saxlamamaq tövsiyə olunub.

“Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik”, – müraciətdə bildirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. ilk oyunda qalib müəyyənləşməyib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button