Top.Mail.Ru

İDMAN

Azərbaycanlı azarkeşlər “Neftçi”nin Finlandiyadakı matçında problemlə üzləşib

“Neftçi”nin HİK-ə qarşı keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin oyunu üçün Finlandiyada olan azərbaycanlı azarkeşlər problemlə üzləşib.

“Report”un Helsinkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, fanatlar stadiona daxil olarkən biletlərinə uyğun yerdə əyləşə bilməyib.

Səlahiyyətli şəxs təhlükəsizliyi səbəb gətirərək onların əyləşməsinə mane olub. Daha sonra uzun müzakirələrdən sonra azarkeşlər tribunadakı yerlərini alıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, bu gün “Bolt Arena”da keçiriləcək HİK-“Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button