Top.Mail.Ru

İDMAN

Tahir Gözəl: “Hücumçuya ehtiyacımızın olduğunu görürəm”

“Qarabağ”ın prezidenti Tahir Gözəl evdə Kipr AEL-inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

Klub rəhbəri “Report”un da suallarını cavablandırıb…

– Həyəcan keçirdiyiniz dəqiqələr çoxmu oldu?
– Çox oldu. Çünki bu, Qarabağın azad edilməsindən və sahibinə qaytarılmasından sonra Avropada ilk mövsümümüz idi. “Qarabağ”ın əvvəlki və indiki missiyaları bir-birindən fərqlənib. Bu, oyun mənim çox böyük diqqətimdə idi. Klub olaraq, büdcəmizlə yanaşı, mənəvi dəyərlərimiz də onlardan üstün idi. Nəyi nəzərdə tutduğumu bildiniz. Çox sevindim. Axıra doğru oyun canlandı. “Qarabağ” və futbolçularının təcrübəsi öz sözünü dedi. Nəticədə qələbə qazandıq. Çox sevindirici haldır ki, yolumuza davam edir, artıq Qarabağın sahibləri olaraq, Avropada mübarizəmizi sürdürürük. Bu, çox dəyərli və qiymətlidir. Həm də COVID-19-dan, oyunlara təkbaşına tamaşa etməkdən yorulmuşduq. Bu gün insanlar, təşkilatçılıq, azarkeşlər, “İmarət” fan-klubunun fəaliyyətini yüksək qiymətləndirirəm. Fikrimcə, stadionda 15 minədək tamaşaçı var idi. 1,5 ildir ki, biz onlara həsrət qalmışdıq. Bu gün dadına doyduğumuz futbol hadisəsi yaşadıq. Düzdür, hücumçuya ehtiyacımızın olduğunu oyuna baxanda açıq-aşkar görürəm. Amma hadisə olaraq, yanaşdıqda biz bir futbol günü və qalib gəldiyimiz üçün futbol təntənəsi yaşadıq. Mən buna çox sevinirəm.

Loading...
Yazının davamı reklamdan sonra

– “Qarabağ” hamını qrup mərhələsinə öyrəşdirib. Yenə bu xoş ənənəni davam etdirmək mümkün olacaqmı?
– İnşallah. Görürsünüz ki, dünyada futbol hər il çətinləşir, klubların büdcələri “şişir”. Bir neçə gün öncə baş məşqçimiz Qurban Qurbanovla birgə iclas keçirdik. Doğrudan da futbol məsləyi, yaxşı futbolçu cəlb etmək hər gün ağırlaşır. Neçə vaxtdır gözəl bir hücumçu almaq istəyirik. Çox böyük çətinliklər çəkirik. Bütün bunlara baxmayaraq, inanıram ki, “Qarabağ”ın öz sabitliyi, oyunçularının keyfiyyəti və Riçard Almeyda kimi bizi tanıyan, oyunumuzu bilən futbolçunun qayıdışı, yeni gələnlərin tez müddətdə hazır olmaları ilə yaxşı oyunlar ortaya qoyacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button