Top.Mail.Ru

İDMAN

Messi: “Real” və “Barselona” üçün ağır olacaq”

Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunun hücumçusu Lionel Messi son illər ərzində böyük sayda ulduz futbolçular itirmiş İspaniya çempionatının gələcəyi haqqında fikirlərini bölüşüb.

Bu barədə “Report” AS-a istinadən xəbər verir.

“Liqalarda əhəmiyyətli rolu komandalar oynayır. “Barselona” və “Real” hələ oradadır, La Liqada həmçinin “Sevilya”, “Valensiya” və “Atletiko” çıxış edir. Bunlar top klublardır. Komandalar həmişə qalır və bu, hansısa oyunçuların getməsindən asılı deyil.

Loading...
Yazının davamı reklamdan sonra

La Liqa – bu hələ böyük və əhəmiyyətli yarışdır. Oyunçular əvvəl də gedirdilər, amma klublar öz böyüklüyünü saxlayırdı. Onlar mövcudluqlarını və nəticələr göstərməyi davam etdirirdilər. “Real” və “Barselona” üçün ağır olacaq, amma onlar bir neçə il sonra qayıdacaqlar. O vaxt onlarda ispan futbolunun yeni böyük ulduzları ortaya çıxacaq”, – Messi deyib.

Xatırladaq ki, avqustun 10-da PSJ rəsmən Lionel Messi ilə müqavilənin imzalanmasını elan edib. Razılaşma 2023-cü ilə qədər nəzərdə tutulub.

Messi İspaniyanın “Barselona” klubunun yetirməsidir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button