Top.Mail.Ru

İDMAN

Konfrans Liqası: “Qarabağ” və “Neftçi”nin matçlarına təyinatlar açıqlanıb

“Qarabağ” və “Neftçi” klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

“Report”un məlumatına görə, Ağdam təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya təmsilçisi “Aberdin”ə qarşı görüşünü sloveniyalı Rade Obrenoviç idarə edəcək. Ona yan xətt hakimləri Yure Prorotnik və Aleksandr Kasapoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Asmir Saqrkoviç yerinə yetirəcək.

“Ağ-qaralar”ın “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə keçirəcəyi görüşdə isə ədaləti fransalı Uilli Delajod qoruyacaq. Laysmanlar Mehdi Rəhmani, Ervan Kristof Fincin, dördüncü hakim isə Tomas Leonard olacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi pley-off-da ilk oyunlarını avqustun 19-da Bakıda keçirəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button