Top.Mail.Ru

İDMAN

AFFA “Qəbələ”yə maliyyə yardımı ayıracaq

Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də sabit maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə AFFA arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də milli assosiasiya əyalət təmsilçisinə maddi dəstək göstərəcək.

Ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ”nin əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, akademiyanın da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

Loading...
Yazının davamı reklamdan sonra

“Qəbələ” göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkür edib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button