Top.Mail.Ru

İDMAN

Namik Ələskərov “Bursaspor”da tibbi müayinədən keçib

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Namik Ələskərov ötən gün səhər saatlarında Türkiyəyə yollanıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, “Bursaspor”la anlaşan 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. I liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq oyunçunun “Adanaspor”a qarşı mövsümün ilk turunun matçında meydana çıxacağı gözlənilir.

Burnundakı zədəsi tam sağalmayan Ələskərovun xüsusi üz maskası ilə oynayacağı bildirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən “Neftçi”də çıxış edir. O, 2020/2021 mövsümündə “ağ-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button