Top.Mail.Ru

İDMAN

“Aberdin”in müdafiəçisi: “Qarabağ”la oyunlar bizim üçün çox vacibdir”

“Qarabağ”la pley-off matçları bizim üçün çox vacibdir. Bu, qrup mərhələsinə düşməyə can atan futbolçularımız üçün böyük şansdır”.

“Report”un məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” klubunun futbolçusu Endryu Konsidayn “eveningexpress” nəşrinə açıqlamasında “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları barədə danışarkən deyib.

34 yaşlı müdafiəçi bildirib ki, avrokuboklarla yanaşı, ölkə çempionatında da uğur qazanmaq istəyirlər: “Bu, bizim başlıca məqsədimizdir. Avrokubokların əsas çətinliyi 3-4 gündən bir oyun keçirməkdir. Amma biz ötən tur səfərdə “Livinqston”u məğlub etməklə bu işin də öhdəsindən gələ biləcəyimizi göstərdik”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, “Qarabağ” və “Aberdin” arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button