Top.Mail.Ru

İDMAN

Konfrans Liqası: “Neftçi” və “Qarabağ”ın cavab oyunlarına təyinatlar açıqlanıb

“Neftçi” və “Qarabağ” komandalarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarını idarə edəcək hakimlər bəlli olub.

“Report” xəbər verir ki, “ağ-qaralar”ın İsraildə Hayfa “Makkabi”sinə keçirəcəyi qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqasasına tapşırılıb. Görüşün referisi Aleksandr Stavrevə yan xətt hakimləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Deyan Yakimovski yerinə yetirəcək.

“Qarabağ”ın Şotlandiya “Aberdin”i ilə səfər görüşünə isə Avstriyanı təmsil edən hakimlər briqadası təyinat alıb. Matçı Harald Lexner idarə edəcək. Laysmanlar Andreas Haydenrayx və Maksimilian Kolbiç, dördüncü hakim isə Culian Vaynberger olacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi cavab oyunlarına avqustun 26-da çıxacaq. İlk matçlar isə avqustun 19-da baş tutacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button